Nəqliyyatdakı sıxlığın qarşısını necə ala bilərik? - EKSPERT AÇIQLADI
"Biz bugün Bakı şəhərində tıxacların tamamilə aradan qaldırılmasından ayrıla bilməyəcəyik. Bunun obyektiv və subyektiv səbəbləri var". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Ekspert sözlərinə belə davam edib: "Biz sadəcə tıxacları yaradan müəyyən subyektiv səbəbləri aradan qaldıra bilərik. Amma obyektiv səbəblər var ki, onları aradan qaldırmaq artıq mümkün deyil. Bu Bakı şəhərinin infrastrukturu ilə bağlıdır. Vaxtilə yolların yol infrastrukturunun qurulması səhv olub. Bugün də baxırıq ki yolların qaraldılması və butulka effektinin yaranması hələ də davam edir. Hər hansı bir qurum istədiyi vaxt Bakı şəhərinin istədiyi yolunda söküntü-tikinti işlərini apara bilir, yolları daraldır. Avtomobil yolları belə zəbt olunub. Orada müəyyən obyektlər, istər yaşayış, istər qeyri-yaşayış obyektləri tikilir".
Eldəniz Cəfərov sözlərinə belə davam edib: "Parklanma məsələsi hələ tam həll edilməyib. Yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerləri hələ də təşkil olunmayıb.
Həm də Bakı şəhəri iri sənaye şəhəridir, Bakının həm də zəngin mədəni həyatı var, həm də avtomobillərin sayı çox olur. Bölgələr də əsasən Bakı şəhərinə axışıb və bir çox işlər Bakıda görülür. Nazirliklər, digər qurumlar və universitetlər burada cəmləşdiyinə görə bu tıxaclara qalib gələ bilməyəcəyik. Amma bunun üçün də müvafiq qurumlar hərəkətə keçməlidir. Düşünürəm ki, onlar bunu etməlidirlər.
İlk növbədə ictimai nəqliyyatın avtobus seqmentini gücləndirməli, marşruta buraxılan avtobusların sayını artırmalı və ictimai nəqliyyatı vətəndaşlar üçün əlçatan etməlidirlər. Bunun üçün dayanacaqlardan yığışdırılan heç olmasa o ödəmə terminalları yenidən öz yerinə qaytarılmalıdır ki, vətəndaşlar ictimai nəqliyyata üstünlük versinlər, fərdi avtomobillərdən az istifadə etsinlər.
Ümumilikdə, Bakıda tıxacların sayının azaldılması və yol hərəkətinin təhlükəsizliyinin təmin etməsi ilə bağlı dövlət proqramı mövcuddur. Bu 2019-2023-cü illəri əhatə edən bir dövlət proqramıdır. Bu bir növ yol xəritəsidir. Həmin yol xəritəsinə əsasən müvafiq qurumlar hərəkət etsələr, düşünürəm ki, müəyyən nəticə əldə edə bilərlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB