Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə etmək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir.
SİA-nın əldə etdiyi məlumata görə, rayon statistika idarəsindən bildirilib ki, sentyabrın 1-dək cari ilin payızlıq əkinləri üçün 12 min 143 hektar sahədə şum qaldırılıb, 294 hektarda təkrar əkin işləri aparılıb. Təkrar əkinlərin 120,5 hektarı yaşıl yem üçün qarğıdalı, 3 hektarı kələm, 8 hektarı xiyar, 16 hektarı pomidor, 92 hektarı sorqo (süpürgə), 54,5 hektarı darıdır.
Rayonda payızlıq dənlilərin səpilməsi üçün hazırlıq işləri də həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB