"Azərpoçt" kiberdələduzlara qarşı hansı tədbirlər görür? - QURUM RƏSMİSİ DANIŞDI
“Son günlərdə kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” və s. adlı saxta səhifə yaradılıb. Bu səhifələrdə sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satışa çıxarıldığı bildirilir”. Bu sözləri SİA-ya açıqlamasında “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova deyib.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, “Azərpoçt” öz müştərilərini diqqətli olmağa çağırır: “Vətəndaşlara belə vədlərə etimad etməməyi tövsiyə edirik. Əgər qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşırsınızsa, 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyiniz daha məqsədəuyğundur. Vətəndaşların belə saxtakarlara aldanmaması üçün maarifləndirmə tədbirləri həyata keçiririk”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB