Yeni təhsililinə yeni nömrə ilə

Azercell yeni tədris ili münasibətilə 010 prefiksli nömrələrə endirimli kampaniya elan edir
Yeni təhsililinə yeni nömrə ilə

“Azercell Telekom” yeni təhsil ilinin başlanması münasibəti ilə “Yeni Dərsili 2023” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində 7 sentyabr tarixindən etibarən lider mobil operator 010 prefiksli seçilmiş seriyalardan nömrələrə ilk dəfə olaraq endirim tətbiq edəcək. Müştərilər www.azercellim.com saytına keçid edib 010380 seriyalı fakturasız xətt (Sim Sim) və ya 010223 seriyalı fakturalı xətt nömrələri arasından seçdikləri istənilən nömrəni 30% endirimlə əldə edə biləcəklər. Kampaniya 31 Oktyabr 2023 tarixinədək davam edəcək.

Qeyd edək ki, lider mobil operatorun təqdim etdiyi texnoloji yeniliklərdən biri olan onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkündür. İlk dəfə olaraq nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirmək imkanına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə