“Dolu təbiət hadisəsidir. Bu, bütün növ taxıl, məhsul və meyvələrin məhsuldarlığına çox ciddi təsir edir. Məsələn, meyvələrin istər çiçəklənmə, istərsə də sonrakı dövrlərdə bağlara dolu düşməsi məhsuldarlığı kəskin şəkildə azalda bilər və hətta tamamilə məhv edə bilər. Bu, taxıla da aiddir”. Bu sözləri SİA-ya açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, dolu taxıl sahələrində və digər dənli bitkilərdə çox sürətlə məhsuldarlığın azalmasına səbəb olur: “Çünki dolu düşən zaman həmin buğda və arpa dənələri öz sünbülündən ayrılıb yerə düşür”.
Rövşən Abbasov sözlərinə belə davam edib: “Doluya qarşı həmişə müxtəlif tədbirlər planı işlənilir. Köhnə dövrlərdən dolu dağıdan dəstələr və toplar var idi ki, onlar dolunun dağıdılması üçün nəzərdə tutulurdu. Belə ki, dolunun qarşısını almaq üçün buludlara atəş açılırdı və buludlar dağıdılırdı.
Müasir bağlarda isə dolunun qarşısını almaq üçün bir qədər bahalı olsa da, ağacların üzərinə setkalar çəkilir, sonra isə dolu düşən zaman dolu ağacların üzərinə düşmür və məhsuldarlığa heç bir ziyan vurmur.
Ümumiyyətlə, dolu həm də evlərin çardaqlarına və avtomobillərə çox ciddi ziyan vurur. Digər təbiət hadisələri ilə müqayisədə dolu ilə mübarizə aparmaq bir qədər çətindir. Çünki hətta proqnoz verilsə belə məhsul zamanı dolunun yağması çox zaman müdafiə üsullarını mümkünsüz edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB