“Şəxsin inkişafı üçün düzgün şərait olmalıdır” - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Şəxsin inkişafı üçün düzgün şərait olmalıdır” - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Küçədə qızların əlbəyaxa olması Azərbaycan xanımına layiq olan davranış deyil. Amma burada, sadəcə, iki qızı günahlandırmaq da düzgün deyil. Onların bu davranışlarının arxasında xoşagəlməz başqa məsələlər dayanır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, təhsil sistemində arzuolunan davranış qaydalarını onlara təlqin edə bilməmişik:

“Eyni zamanda, ailənin də üzərinə böyük yük düşür. Ailələrdə olan gərginliklər də uşaqların tərbiyə və davranışlarında mühüm rola sahibdir. Son zamanlarda boşanma halları da olduqca artıb. Belə ki, hər 100 nikaha 30-dan artıq boşanma düşdüyü bəllidir. Eynilə də bir çox evlərdə gərginlik hökm sürür. Bu cür ailədə böyüyən uşaqlar da təbii olaraq düzgün davranış qaydalarına yiyələnə bilməyəcəklər.

Hər bir xalq onun tarixinə uyğun şəkildə mühit yarandıqda daha yaxşı inkişafa nail ola bilir. Necə ki, bitkinin böyüməsi üçün ona uyğun mühit lazımdırsa, eynilə də şəxsin inkişafı üçün düzgün şərait olmalıdır. Əgər cəmiyyətdə davranış qaydaları mənfiyə doğru dəyişirsə, deməli, humanitar siyasətimizdə müəyyən çatışmazlıqlar mövcuddur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə