“Səfər ayının sonlarında xüsusi əlamətdar günlər var” - QURUM RƏSMİSİ AÇIQLADI
“Səfər ayının sonlarında xüsusi əlamətdar günlər var”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, Səfər ayının 28-i Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfat günüdür: “Buna görə də Səfər ayının sonuna qədər onun ehtiram və hörmətini saxlayır, Peyğəmbərimizi yad edirik.
Səfər ayının son günü isə 8-ci imamızın vəfat günüdür. Həmin gün də xüsusi olaraq diqqətdə saxlanılır və qeyd olunur. Allah bizi Peyğəmbər və onun əhli-beytindən uzaq salmasın”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə