Xınalıq avtomobil yolunda selin yaratdığı fəsadlar aradan qaldırılıb
Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində ) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Agentlik tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub. Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB