Oktyabrın 1-də taksi xidmətləri ilə bağlı hansı dəyişikliklər olacaq? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Taksi sahəsində nizam-intizam yaratmaq üçün yeni qanunlara ehtiyac var idi və onlar da qəbul edildi. Düşünürəm ki, yeni mövsümdən bu qanunlar sayəsində taksi xidmətində keyfiyyət yüksələcək və taksi vətəndaşlar üçün daha təhlükəsiz olacaq”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, taksilərin qiymətinin bahalaşması və ucuzlaşması birbaşa olaraq tələb-təklif əsasında formalaşır: “Bu, bu günə qədər də belə olub. Düşünmürəm ki, qiymətlər kəskin yüksəlsin, yaxud azalsın. Qiymətlər stabil olacaq. Yəni, hər halda vətəndaş üçün əlçatan qiymətlər olacaq”.
Eldəniz Cəfərov sözlərinə belə davam edib: “Oktyabr ayından yeni qaydalara əməl edə bilməyən və qanunvericiliyin tələblərinə əməl etməyən həm hüquqi, həm də fiziki şəxslər yəqin ki, bu sahədə artıq çalışa bilməyəcəklər.
Taksi sahəsi sahibkarlıq və biznes fəaliyyətidir. Rüsumunu ödəyib taksi fəaliyyəti ilə məşğul olan şəxs qazanc əldə edəcək”.
Qeyd edək ki, sosial mediada oktyabrın 1-dən taksi fəaliyyəti ilə bağlı proqramların dayandırılacağı ilə dayandırılacağı ilə bağlı iddilar yayılır. Paylaşımlar insanlar və taksi sürücüləri arasında narahatlığa səbəb olub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB