“Bakı Metropolitenində yeni qrafikin tətbiqi nəzərdə tutulur“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropolitenində yeni qrafikin tətbiqi nəzərdə tutulur“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropolitenində yeni tədris ili ilə bağlı olaraq hazırlıqlar davam edir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, dərs növbələrinin müəyyən edilməsi məsələləri diqqətdə saxlanılır və işin bir parçasıdır:

“Ola bilər ki, ictimaiyyətə açıqladığımız məlumatlarda, əsasən, bu informasiyalara toxunulmur. Amma bizim hazırlıqlarımızın ən böyük hissəsi, məhz tədris ocaqları ilə əlaqədardır. Bakı Metropolitenində yeni qrafikin tətbiqi nəzərdə tutulur. Çox güman ki, tədris mövsümü ərəfəsində də elan ediləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə