“Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilib.
Azərbaycan Mərkəzi Bankından SİA-ya verilən məlumata görə, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığını nəzərə alınaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarı ilə ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB