Havaların dəyişməsi insan psixologiyasına necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ
“Havaların dəyişməsi bu və ya digər formada insan psixologiyasına öz təsirlərini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, xüsusilə də sentyabr-oktyabr və mart-aprel aylarında hava şəraiti insanlara öz mənfi və müsbət təsirlərini göstərir: “Adətən yay fəslindən payız fəslinə keçid insanlarda ruh düşkünlüyünə, əhval-ruhiyyənin dəyişməsinə səbəb olur. Hətta payız aylarında havaların isti keçməsi bəzi insanlarda qıcıq yarada bilir. Belə olan hallarda təmiz havada olmaq, sevdiyiniz işlərlə məşğul olmaq əhval-ruhiyyənizin düzəlməsində mühüm rol oynayacaq. Eyni zamanda su ilə təmasda olmaq və musiqi dinləmək də müsbət təsir göstərən amillər sırasında yer alır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB