Həyətimizdə özbaşına çətənə kolu bitirsə, cərimələnə bilərik? - HÜQUQŞÜNAS AÇIQLADI
"Əgər həyətimizdə özbaşına çətənə kolu bitirsə, yəni bizim xəbərimiz olmasa belə buna görə ittiham oluna bilərik". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, bunu bilərək etdiyimizə dair ittiham oluna bilərik: "Bu səbəbdən də çətənə kolu oradan çıxarılmalıdır. Amma çıxarılan zaman dövlət orqanları hadisə yerinə çağırılmalı və onlara məlumat verilməlidir ki, "Bu çətənə kolları özbaşına bitib və onu buradan çıxarmağınızı xahiş edirik"".
Əkrəm Həsənov sözlərinə belə davam edib: "Bu məsələni günahınız olmasa belə ört-bastır etmək düzgün deyil. Siz çətənə kolunu özünüz çıxarıb məhv etsəniz də sabah bunu heçkimə sübut edə bilməyib ittiham oluna bilərsiniz. Ən yaxşı variant polis əməkdaşlarını məkana çağırıb onların iştirakı ilə kolların məhv edilməsidir. Əks halda hadisəyə biganə yanaşdığınıza görə məsuliyyətə cəlb oluna bilərsiniz".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB