“Tək məqsəd vergidən yayınmaqdır” - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ
“İstehlakçılara məhsul və ya xidmət təqdim edən təsərrüfat subyektləri post-terminaldan istifadə etməkdən mümkün qədər yayınırlar”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu çox ciddi bir problemə çevrilib: “Hesab edirəm ki, bunun üçün nəzarət tədbirlərinin və birmənalı olaraq cərimələrin artırılmasına ciddi ehtiyac var. Eyni zamanda cərimələrin yazılmasına nə qədər əməl olunarsa, bir o qədər post-terminal təqdim etməkdən yayınan təsərrüfat subyektlərini bu yoldan çəkindirmək mümkün olar. Əks halda bir çox xidmət və ya satış həyata keçirən təsərrüfat subyektlərinə yaxınlaşdıqda “post-terminalı təmirə göndərmişik” ifadələri ilə hələ çox rastlaşacağıq. Bu ifadə artıq əzbərlənib və xidmət alanlara qarşı daimi olaraq işlədilir. Əslində isə bu hüquqi məsuliyyət yaradır. İnsanlara xidmət verən təsərrüfat subyektlərinin isə post-terminal təqdim etməməkdə tək məqsədləri mümkün qədər vergidən yayınmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB