Bu tarixdə hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bu tarixdə hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, bu gündən etibarən havanın temperaturu kəskin enəcək. SİA xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Rayonlarda isə 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Həmçinin çaylarda sululuğun artacağı da gözlənilir.

Qeyd edək ki, sentaybrın 7-si axşam saatlarında Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə