"Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində treninq keçirilir

"Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində treninq keçirilir

Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP)" çərçivəsində “Pedaqoji təlimatçıların təkmilləşdirilməsi” treninqi keçirilir.

Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, keçirilən treninqin əsas məqsədi aparıcı təlimatçıların hazırlanması, Milli Müdafiə Universitetinin pedaqoji heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, treninq sentyabrın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə