Məktəbli formaları ilə bağlı hansı yeniliklər mövcuddur? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Məktəbli formaları ilə bağlı hansı yeniliklər mövcuddur? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərara əsasən məktəblər tərəfindən 4 nümunədə geyim formasından biri seçilib. Belə ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb. BŞTİ-dən SİA-ya verilən məlumata görə, paytaxt ərazisində məktəbli geyimlərini əldə etmək üçün 34 məntəqə mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər. Valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər. Eyni zamanda, məktəbli geyimlərinin əldə edilməsi üçün mövcud olan məntəqələrlə bağlı media vasitəsilə ictimaiyyət də məlumatlandırılıb.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 4 nümunədə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.

Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir. Həmçinin vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdəndir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə