Bərdədə paytaxt sakininə ağır xəsarətlər yetirən şəxs saxlanılıb

Bərdədə paytaxt sakininə ağır xəsarətlər yetirən şəxs saxlanılıb

Bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə