Vətənin igid oğlu - Elmir Akifzadə

Vətənin igid oğlu - Elmir Akifzadə

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon Mərkəzi Kitabxanasında şəhid Elmir Akifzadənin doğum gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükut yad edilib.

Çıxışlarda şəhidin həyat və döyüş yolundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsindən söhbət açılıb.

Qeyd edək ki, 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində doğulan Elmir Akifzadə 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 9-da Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elmir Akifzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə