Məktəbli formaları ilə bağlı hansı problemlər mövcuddur? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Məktəbli formaları ilə bağlı hansı problemlər mövcuddur? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Ümid edirəm ki, yeni tədris ilindən artıq standart məktəbli formaları ilə bağlı verilmiş qərara müvafiq olaraq formaların əldə edilməsində hər hansı bir problem yaşanmayacaq və kifayət qədər formalar tikilib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
Onun sözlərinə görə, qiymətlər də əlçatandır: “İstənilən halda valideynlər övladları üçün məktəbli formaları alırdılar. Bu baxımdan da dəyişən heçnə yoxdur. Bütövlükdə isə aztəminatlı ailələr, sosial həssas qrupdan olan ailələr üçün verilən güzəştlərin tətbiqi nəzərdə tutulur.

Ümid edirəm ki, artıq bu tədris ilindən başlayaraq məktəblilərimizi vahid formada görə biləcəyik. Yeni tədris ilinə hazırlıqlarla bağlı məktəblər də olur və bu barədə məlumatlar alırıq. İndiyə kimi bu və ya başqa bir ciddi problemlə qarşılaşmamışıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə