Şirniyyatı hansı alternativlərlə əvəz edə bilərik? - ARAŞDIRMA
Bir çox insan sağlam qidalanmaq üçün şəkərin zərərverici təsirlərindən uzaqlaşmaq istəyir. Bəs, necə edə bilərik ki, həm şirniyyatdan istifadə edək, həm də onun zərərverici təsirlərindən özümüzü qoruyaq?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Bunun üçün yemək və desertlərimizə şəkər dadı verəcək çoxlu təbii qidalar var. Yeməklərinizdə şəkər yerinə istifadə edə biləcəyiniz təbii və sağlam alternativlər bunlardır:

Bal
Şəkərdən istifadə etmədən şirniyyat hazırlamaq üçün ağla gələn ilk inqrident baldır. Təbii şəkərlə zəngin olan bal vitamin və minerallara malikdir. Buna görə qidalarınıza əlavə etməkdən çəkinməyin. Bal şəkər tozundan daha şirin olduğundan reseptlərdə istifadə olunan şəkərin 3/4-dən istifadə etmək kifayətdir.

Banan
Bananlarda desertlərinizi şirinləşdirmək üçün çoxlu təbii şəkər var. Şirniyyatlarınıza banan əlavə edəcəksinizsə, yetişmiş bananların daha çox şəkər ehtiva etdiyini unutmayın.
Yetişməmiş bananları sobada qızdırıb desertlərinizə əlavə etsəniz, bir daha heç vaxt şəkər tozu axtarmayacaqsınız.

Duz
Şəkər əvəzinə duzdan istifadə etmək qəribə səslənə bilər. Amma desert reseptlərinin əksəriyyətinə bir çimdik duz əlavə olunur. Çünki duz qidaların təbii şəkərini üzə çıxarmaq və onların acılığını azaltmaq qabiliyyətinə malikdir.

Darçın
Şəkər yerinə şirin ədviyyatlardan istifadə edə bilərsiniz. Bu ədviyyatlardan biri də darçındır. Darçınla yanaşı, hil və şüyüd kimi ədviyyatlar da şəkəri əvəz edə bilər.

Vanil
Vanil tortlarınıza və peçenyelərinizə ləzzət qatmaq üçün şəkərə əla alternativdir. Təbii şəkərlə dolu vanili toz halında və ya toxumla birlikdə istifadə edə bilərsiniz. Bu həm şinriyyatlara dad qatacaq, həm də onları yedikdə xoş qoxu hiss edəcəksiniz.

Yerkökü
Yerkökü, işlənmiş şəkərə ehtiyac olmadan həm şirin, həm də ləzzətli yeməklərə istənilən şirinliyi əlavə etmək üçün əla tərəvəzdir. Əgər şəkərə alternativ olaraq yerkökü istifadə edəcəksinizsə, kök bişdikdən sonra daha şirin olduğunu unutmayın.

Soğan
Şəkər əvəzedicisi kimi istifadə edə biləcəyiniz başqa bir inqrident soğandır. Bəli, bu da qəribə səslənə bilər. Amma elə bir resept yoxdur ki, karamelize (yaxşı qızardılmış) edilmiş soğan ona biraz şirinlik əlavə etməsin.

Təbii meyvə şirələri
Çoxumuzun günə yüksək enerji ilə başlamaq üçün istehlak etdiyi şirələr səhər yeməyi ilə məhdudlaşmamalıdır. Meyvə şirələri şirniyyata olan ehtiyacı ödəmək üçün praktik və asan yoldur.
Şəkər 5 hərfli bir zəhərdir. Bəli, zəhərdir. Xüsusilə də qadınlar özəl günlərində və həssas dönəmlərində şirniyyata daha bağlı olur. Bu çox sevilən şirniyyatlar isə əslində sağlamlığımıızn bir nömrəli düşmənidir.
Şəkər istəyimizin başqa bir səbəbi hipoqlikemiyadır. Qan şəkərinin sürətlə azalması ilə izah oluna bilən hipoqlikemiya insanın qəlyanaltı yemək vərdişi yoxdursa və ya uzun müddət ac qalırsa, qan düşməsi səbəbiylə baş verir. Hipoqlikemiyası olanlar mütləq gündə 2,5-3 saatdan bir qida qəbul etməli və sağlam qidalanmalıdır.

Şirniyyat yemə istəyindən necə qurtulaq?
Hər şeydən əvvəl onun verdiyi zərərlərə və sağlamlığımız üçün yaratdığı təhlükələrə nəzər salmaqla prosesə başlaya bilərik. Şəkərin zərərləri saymaqla bitmir və bu siyahı dmeək olar ki, sonsuzdur.
Çoxumuzşəkərin sağlamlıq üçün faydalı olmadığını bilirik. Amma onun sağlamlığımızı təhlükə altına salacaq hansı vəziyyətlər yaratdığından xəbərsiz qalırıq. Bunun üçün şəkərin nə olduğunu bilməliyik. Şəkər, tərkibində karbohidratlar olan hər şeydir. Kartof dadı şirin olmasa da, bu mənada şəkər anbarıdır. Çörək üçün bir növ şəkər də deyə bilərik. Burada demək istədiyimiz odur ki, karbohidratlardan uzaq olun, onları həyatınızdan çıxarın. Demək istədiyimiz şey aşağı glisemik indeksli qidalarla yüksək glisemik indeksli qidaları ayırd etmək və aşağı glisemik indeksli qidaları seçməkdir. Glisemik indeks şəkərin ölçülməsi sistemidir. Xülasə, qidada şəkər nə qədər çox olarsa, bu ölçünün dəyəri bir o qədər yüksək olar. İndeksdə tavan 100 hesab edilir və zirvəyə, yəni 100-ə yaxınlaşdıqca şəkər nisbəti artır. Kartof nümunəsinə davam etsək, qaynadılmış kartofun glisemik indeksi 85-dir. Bu nəticə sizə belə cavab verir: Yediyiniz kartofun tərkibindəki şəkərin 85%-ni siz istehlak etmisiniz. Bu səbəblə yediyiniz qidaların glisemik indeksini yoxlamağa laqeyd yanaşmamalısınız.
Şəkərin zərərləri nələrdir?
Araşdırmalara görə, elm adamları şəkərin narkotik qədər asılılıq yaratdığını deyirlər. Şokolad yeməyə başlayanda beyniniz xoşbəxtlik hormonları olan dopamin və opiatlar ifraz etməyə başlayır. Bu asılılıq yaradan hormonlar sizi daha çox şokolad aıb yeməyə sövq etməyə başlayır. Tövsiyəmiz şokolad ehtiyacınızı tünd şokoladla qarşılamaqdır. Amma yenə də həddi aşmadan bunu etmək lazımdır. Gündə 20 qram yeyəcəyiniz tünd şokolad şirin ehtiyacınızı ödəyəcək.
- Şəkər uzun müddətdə öd yolları və ağciyər xərçənginə səbəb olur. Bundan əlavə, bədəninizdə xərçəng hüceyrələri varsa, bu hüceyrələr də qidalanır.
- Damarlarınızın sərtləşməsinə və qan dövranı sisteminizin pisləşməsinə, damarların tıxanmasına səbəb olur. Ürək-damar xəstəlikləri və qan təzyiqi yaradır. Bu, infarkt riskini 300 dəfə artırır.
- Depressiyaya, narahatlıq və diqqətin yayınmasına səbəb olur.
- Orqanizmdəki maye balansını pozaraq diqqət çatışmazlığı, hiperaktivlik və buna bənzər psixi problemlərə səbəb ola bilər.
- Dişlərdə və diş ətlərində problemlərə, boşluqlara və saralmalara səbəb olur.
- Hamilə qadınlarda körpənin inkişafına mənfi təsir göstərir. Uşaqlarda böyümə hormonlarının ifrazını maneə törədir, bütün bədən hormonlarının balansını pozur.
- Yüksək çəkiyə görə sümük və əzələ sisteminin strukturunun pozulmasını sürətləndirir, osteoporoza səbəb olur.
- Bir araşdırmaya görə, həddindən artıq şirniyyat istehlak edən insanların qaçılmaz sonu Alzheimer xəstəliyidir.
- Sinir sisteminizi məhv edir.
- Böyrək daşlarına və böyrək çatışmazlığına səbəb olur.
- Konsentrasiya itkisinə səbəb olur.
- Miqrenə və tez-tez baş ağrılarına səbəb olur.
- Bədənin müdafiə sistemini zəiflədir və onu xəstəliklərə, eləcə də müxtəlif viruslara qarşı həssas edir.
Şirniyyat ehtiyacınızı bunlar öldürəcək:
- Günəbaxan
- Kefir və digər probiotik məhsullar
- Darçın
- Badam
- Yulaf və digər kompleks karbohidratlar
- Yosunlar və su bitkiləri
- Şirin kartof
Araşdırmalar göstərir ki, qəhvənin tərkibindəki kofein qan şəkərini artırır. Sürətlə yüksələn qan şəkəri də sürətlə aşağı düşərək şirniyyat istəyinizi artıra bilər. Bu səbəblə qəhvəni qədərində istehlak etmək faydalıdır.
Yuxu rejimlərinizi tənzimləyin
Tədqiqatlar göstərir ki, yorğun bədənin suda qalması üçün daha çox şəkərə ehtiyacı var. Bu səbəbdən yuxu rejiminizi yaxşı müəyyənləşdirin və bədəninizin ehtiyac duyduğu keyfiyyətli yuxunu almağa diqqət edin.
Stresssiz qalmağa çalışın
Gərgin iş və ya gərgin ev həyatında stressdən uzaq durmaq çətin bir vəziyyət kimi görünsə də, stressin həm bədəninizə, həm də ruhunuza zərər verdiyini unutmayın. Hamımız keyfiyyətli və sağlam həyat istəyirik. Stresli şeylərdən nə qədər uzaq durmağı bacarsaq, psixoloji və fiziki olaraq özümüzü bir o qədər yaxşı hiss edəcəyik.
Əvvəllər sərvət göstəricisi sayılan və ağ qızıl adlandırılan şəkərin artıq sağlam həyatda yeri yoxdur. Bəs nə oldu ki, insanlar şirniyyatdan uzaqlaşdı və sağlam qidalanmanı seçdi?
Araşdırmalar göstərir ki, şəkərli qida qəbulu, eroin və digər opioidlər kimi beyindəki opioid reseptorlarını aktivləşdirir. Bu da maddə asılılığına bənzər impuls sistemini aktivləşdirir. Uşaqlarda şəkər asılılığı bu gün ən çox rastlaşdığımız vəziyyətlərdən biridir. Əlavə edilmiş şəkərlər pəhrizdə ümumi enerji qəbulunu artırsa da, onun qida tərkibini azaldır. Çünki əlavə edilən şəkərlərin heç bir qida dəyəri yoxdur və boş enerji mənbəyidir. Buna görə də şəkər əlavəsi olan qidaların həddindən artıq istehlakı balanssız qidalanmaya səbəb olur.
Tərkibində yüksək şəkər olan qidaların istehlakı qan şəkərini sürətlə artırır və mədəaltı vəzi artan qan şəkərini tənzimləmək üçün həddindən artıq insulin ifraz edir. Bu, qan şəkərimizin səviyyəsinin birdən düşməsinə nəticədə də yenidən aclıq hissi və şəkər ehtiyacına səbəb olur.
Şəkərli qidaların həddindən artıq istehlakı piy toxumasının artmasına səbəb olur. Bundan əlavə şəkər istehlakı toxluq siqnalını beyinə ötürən leptin hormonunun funksiyasını pozur və doyma siqnalı beyinə çatmadığından qida qəbulu daha çox olur. Bütün bunlarla yanaşı, piy toxumasının artması ürək-damar xəstəlikləri, diabet, hipertoniya və xərçəng kimi müxtəlif xəstəliklərin riskini artırır.
Şəkər tərkibli qida və içkilərin tez-tez fasilələrlə istehlak edilməsi və bu qidaların uzun müddət ağızda saxlanması diş çürüməsinə səbəb olan turşu əmələ gəlməsini artırır. Şəkərin həddindən artıq istehlakı sağlam bağırsaq florasında göbələklərin və parazitlərin çoxalmasına səbəb olur ki, bu da bir sıra sağlamlıq problemlərinin yaranmasına və immunitetin zəifləməsinə səbəb olur.
Amerika Ürək Dərnəyinin tövsiyələrində uşaqlara 2 yaşına qədər şəkər əlavə edilmiş heç bir qida və içki ilə tanış edilməməsi qeyd olunub. Uşaqlarımızı şəkər və şəkərli qidalardan uzaq tutmaq çətin olsa da, bu mümkündür. Mətbəximizdə ağ şəkər əvəzinə istifadə edə biləcəyimiz sağlam alternativlərə nəzər salaq:

Kokos şəkəri
Dadı və qoxusunun gözəlliyi ilə yanaşı, sağlam olan kokos şəkərini şirniyyat əvəzinə içki və desertlərinizdə rahatlıqla istifadə edə bilərsiniz.

Xurma şəkəri
Xurma gözəl dadlı və eyni zamanda çoxlu vitamin ehtiva edən meyvədir. Xurma şəkəri isə bu meyvənin toz halına salınması ilə əmələ gəlir. Yeməklərinizi və içkilərinizi şirinləşdirmək üçün bu sağlam və dadlı tozdan kömək ala bilərsiniz.
Ağcaqayın siropu
Ağcaqayın şərbəti baldan bir qədər daha maye quruluşa malikdir. Bu şərbətdə 24 növ antioksidant var. O, həmçinin beyin hüceyrələrini qoruyur. Həm də Alzheimer xəstəliyinə qarşı qoruyur. Şirniyyat və desertlərinizə dad qatmağın ən sağlam yollarından biri mütləq ağcaqayın siropundan istifadə etməkdir.
Çay şəkəri dediyimiz şəkər şəkər qamışından və ya şəkər çuğundurundan alınır. Əvvəllər yalnız şəkər qamışından istehsal oluna bilərdi. Bu, zənginlik əlaməti idi. Şəkər istehsalı o qədər qazanc verirdi ki, şəkər qamışı tarlalarına sahib olanlar sanki "qızıl tarlas"ına sahib sayılırdılar. Hətta bir vaxtlar ona “ağ qızıl” da deyirdilər. 1800-cü illərdə şəkər çuğundurundan da əldə oluna biləcəyi aşkar edildi və şəkər istehsalı sürətlə yayıldı. Həm istehsal, həm də istehlak artdı. 19-cu əsrin sonlarında ABŞ-da adambaşına illik şəkər istehlakı 2,3 kq idisə, bu gün 45,9 kq-a yüksəlib.
Son olaraq xatırladaq ki, qazlı içkilər, hazır tərəvəz şirələri, şirniyyatlar, dondurmalar, tortlar, peçenyelər, şokoladlar və mürəbbələr şəkər əlavə edilərək hazırlanan qidalar arasındadır və biz bu qədər şəkər ehtiva edən qidaları istehlak etdiyimizin fərqində belə deyilik.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB