Qanunsuz erməni silahlı dəstələrinin yeni səngər yolları qazmağının qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin yeni səngər yolları qazmağının qarşısı alınıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə