Şıxov, Bibiheybət və 20-ci Sahədə su məhdudiyyətlə veriləcək

Şıxov, Bibiheybət və 20-ci Sahədə su məhdudiyyətlə veriləcək

Səbail rayonunun bir neçə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

SİA xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

“Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə