Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə nazirlikdən bildirilib.
“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə FHN-ə məlumat daxil olmayıb”, - deyə qurum diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Zəlzələ Kürdəmir stansiyandan 14 kilometr cənubda qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB