Tayvanın “EVA Air” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib
Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).
“Boeing 787-9” təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB