Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanacaq

Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanacaq

Gəncə Şəhər İcra Hakimiyyəti və "Azəravtoyol" ASC tərəfindən şəhərin ümumilikdə 100-dən çox küçə və prospektinin asfaltlanması nəzərdə tutulub. SİA-nın bölgə müxbiri xəbər verir ki, hazırda Nizami prospektində, Ş.Bədəlbəyli, F.Bayramov və onlara paralel küçələrdə növbəti asfaltlanma tədbirləri həyata keçirilir. Görülən tədbirlər çərçivəsində avtomobil yolları ilə yanaşı, səkilər də asfaltlanır.

Qeyd edək ki, yol infrastrukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə abadlıq-quruculuq işləri də görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə