“Təşviş pozuntusu adətən qorxu şəklində özünü büruzə verir. Bu cür insanların sosial fobiası, ürək sıxılması kimi narahatlıqları olur. Hətta bu bəzi hallarda panik atakla səhv salınır. Lakin tamamilə fərqli şeylərdir. Çünki panik atak mütəmadi hal daşımır, təşviş pozuntusu yaşayan insanlar isə özlərində daim narahatlıq hiss edirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, təşviş pozuntusu insanlarda mənfi emosiyalar yaradır: “Xüsusən bura valideynlərin övladları ilə bağlı keçirdikləri narahatlıqları qeyd edə bilərik.
Təşviş pozuntusu güclü stress nəticəsində yaranır. Eyni zamanda bu problem genetik də ola bilir. Təşviş pozuntusu üzərində mütəxəssislə birlikdə çalışmadıqda isə bu zamanla yanlış davranış formasının yaranmasına səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB