Övladlarımızı hansı sözlərimiz uğursuz edir? - PSİXOLOQ AÇIQLADI
"İnsanın uğuru nailiyyətləri ilə əlaqədardır. Biz öz uğurlarımıza görə özünüqiymət səviyyəmizi artırırıq və bu uğur, nailiyyət yaşdan-yaşa, əmək fəaliyyətinə görə dəyişir. Məsələn, 3-6 yaş arası uşaqların oyunlarda qazandıqları uğurlar, yüksəkliyə dırmaşmaq, oyunda birinci olmaq və s. bu kimi hallardır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Fatimə Bayramova deyib.
Onun sözlərinə görə, təəssüf ki, toksik münasibət quran valideynlər bu uğurların inkişafının qarşısını alır, uşaqlarını hərtərəfli şəxsiyyət kimi yetişdirmək üçün bəzi münasibətləri gözdən keçirmək lazımdır:
Perfeksionist valideynlər
Onlar uşaqları həddən artıq yükləyirlər, gözləntiləri çox yüksək olur, bəzən uşağın gücünə, istedadına, biliyinə görə deyil, "ən yaxşısı" naminə uşağa daim hər şeyin mükəmməl olmalı anlamını ötürür. Uşaqda stress, qorxu, gərginlik, frustasiya və s. bir çox neqativ hisslər və fikirlər yaradır. Məsələn, abituriyentlərin çox zamanı problemi elə valideynin yüksək gözləntiləri ilə bağlı olur. Nəticədə uşaq imtahan stressi,həyəcanı yaşayır.
Digərləri ilə müqayisə edən valideynlər
Təsəvvür edin ki, yoldaşınız sizi başqa bir insanla müqayisə edərək pisləyir, onu isə tərifləyir. Keçirdiyiniz əsəb, kədər hələ özünüqiymətləndirməniz aşağıdırsa, bu sizə daha da mənfi təsir edir. Uşaqlarda da eynidir. Müqayisə onların özünədəyərini, qiymətini aşağı salır. Nəticədə, utancaqlıq, özünüifadə edə bilməmə, daim özünütəsdiq və ya sübut etmək və s. hallar yaranır.
Uğurunu önəmsəməmə
Bəzi toksik valideynlər uşağın uğurunu kiçildir, ya da əhəmiyyət vermir, gələcək planlarını ciddiyə almır. Uşağın motovasiyasını aşağı salır, uşaq üçün artıq əhəmiyyətsiz məna kəsb edir.
Uşağı özündən asılı hala salmaq istəyən narsist valideynlər
Onlar öz eqolarını daim zirvədə tutmaq üçün, uşağın məhz ondan asılı qalmasını istədiyi üçün onun şəxsi uğurlarına önəm vermir, çalışır ki, uşaq müstəqil nəyəsə nail olmasın.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB