Xızıda subasmaya məruz qalan evlərlə bağlı tədbirlər görülür

Xızıda subasmaya məruz qalan evlərlə bağlı tədbirlər görülür

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə