Hamilə xanımlar hansı qidalardan uzaq durmalıdır ? - MÜTƏXƏSSİS AÇIQLADI

Hamilə xanımlar hansı qidalardan uzaq durmalıdır ? - MÜTƏXƏSSİS AÇIQLADI

“Hamilə qadınlar həm öz, həm də körpənin sağlamlığını qorumaq üçün mütləq şəkildə yedikləri qidanın tərkibinə, mənşəyi bəlli olan yerdən alınmasına və hansı zamanda, hansı miqdarda yeməsinə ikiqat fikir verməlidir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynov deyib.
Onun sözlərinə görə, qəbul edilən hər bir qida körpənin inkişafında öz təsirini göstərir:

“Hamiləliyin ilk 3 ayında dəniz məhsullarından uzaq durmaq lazımdır. Bura dəniz məhsullarından hazırlanan suşi kimi qidalar da daxildir. Çünki dəniz məhsullarının tərkibində civə çoxdur və ağır metal olaraq dölün düşməsinə və ya inkişafdan geri qalmasına səbəb ola bilər. Eyni zamanda 3 aya qədər pasterizə olunmamış süddən istifadə olunmalıdır. Çünki pasterizə edilmiş südlər sənaye üsulu ilə hazırlandıqlarından onların tərkibində heç bir faydalı bakteriyalar yoxdur və bu da orqanizmə müsbət təsirini göstərməyəcək. Bundan əlavə orqanizmdə bağırsaqların mikroflorasının pozulmasına səbəb olacaq.

Ət və ət məhsulları qəbul edərkən də müəyyən qaydalara əməl etmək lazımdır. Belə ki, hamilə xanımlar yaxşı bişmiş ət məhsullarından istifadə etməlidirlər. Heyvan mənşəli qidalardan olan yumurtanı da tam bişmiş şəkildə qəbul etmək vacibdir. Çünki heyvandan insana keçən bakteriyalar məhz az bişmiş ət, yumurta və süd ilə insan orqanizminə keçə bilir.

İşlənmiş ət məhsullarından da uzaq durmaq lazımdır. Çünki tərkiblərində xeyirli heç nə yoxdur və artıq çəki alınmasına, immun sisteminin aşağı düşməsinə səbəb olur.

Hamilələr mütləq şəkildə xarici meyvə-tərəvəzdən uzaq durmalıdırlar. Çünki bu cür meyvə-tərəvəzlər uzaq yolun qət olunması üçün kal şəkildə dərilir və dərmanlanır.

Qazlı və rəngli içkilərdən də hamilələr birmənalı şəkildə uzaq durmalıdırlar. Çünki tərkiblərində olan həddindən artıq şəkər və digər maddələr olduqca zərərlidir. Eynilə hamilə xanımlara spirtli içkilərdən də uzaq durmaq tövsiyə olunur. Gün ərzində iki stəkan çay içilə bilər, daha artığının içilməsi tövsiyə edilmir. Kofe isə hamiləlikdən öncə asılılıq olarsa, 100 ml olmaqla şəkərsiz şəkildə içilə bilər.

Paketli, rəf ömrü uzun olan şirniyyatlar da hamilə xanımlar üçün tövsiyyə edilmir. Eyni zamanda soya və tərkibində soya olan qidalardanda mütləq şəkildə uzaq durmaq lazımdır. Çünki dünya geni dəyişdirilmiş qidalar sırasında ilk yerdədir və inkişaf döl üçün çox zərərlidir. Hətta dölün inkişafdan qalmasına və ya doğulan uşağın autizm və ya doun sindromlu olmasına səbəb ola bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə