“İnsan həyatında yaşanan və bəzən onun iradəsindən asılı olmayaraq baş verən hadisə və proseslər onun psixologiyasında müəyyən izlər buraxa bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, qorxular, travmalar bir çox səbəblərdən yarana bilər. Bunlar da öz növbəsində korreksiya edilmədikdə daha da dərinləşə, özü ilə bərabər psixikamızda bir çox problemlərin yaranmasına gətirib çıxara bilər.
Uşaqlıq dövründə alınan travmalar isə insan həyatına təsir edən ən önəmli nüanslardan biridir. Ailə daxili konfliktlər, ailədə valideynlər arasında düzgün münasibətin olmaması, valideyn-övlad arasında doğru ünsiyyətin olmaması və s. uşaqlarda travma yaradan faktorlar kimi qeyd edilə bilər. Uşaqlarda yaranan travmalar sonrası onlarda yuxu pozunuqluğu, həyəcan-təşviş və bununla yanaşı selektiv mutizm dediyimiz(“mutus” sözündən olub “səssiz”, “susqunluq” mənasını verir.) travma sonrası uşaqda nitq problemlərinin yaranması, nitqini unutması kimi hallar müşahidə olunur. Belə ki, qeyri-ixtiyari olaraq bu uşaqlarda “danışsam da insanlar məni qoruya bilməz”, “məni anlaya bilməzlər” düşüncəsi yaranır. Bir çox uşaqlarda travma sonra nitq problemlərinə çox sıx şəkildə rast gəlinir. Belə bir dönəmdən uşaqların ən az zədə ilə, həmçinin ən az psixoloji və mənəvi zərbə ilə çıxması üçün mütləq şəkildə psixoloji dəstək lazımdır. Psixoloq terapiyaların gedişində travma görmüş uşaqlarla işləyərkən zamanla həmin travmanın mənbəyininə enə və onu korreksiya edə bilər. Eyni zamanda bu dönəmdə psixoloq yardımı ilə bərabər uşaqları sağaldacaq bir şeydə var ki, o da təbii ki, ailə sevgisi və diqqətdir”
Ayrıca onu da vurğulamalıyam ki, uzun müddət travmanı qəbul edə bilməmək və həzm edə bilməmək insanlarda həyəcan-təşviş, özgüvən əskikliyi, panik atak kimi problemlərin meydana çıxmasına səbəb ola bilər. Ona görədə tarvma yaşadığımızda çıxış yollarından biri ilk öncə çətin də olsa onu qəbul etmək və bağışlamaqdır. Çünki bu hisslər travma yaşayan insana az da olsa rahatlıq verər və yalnız özünü günahkar görməkdən çəkindirər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB