“İqlim dəyişikliyi çayların sululuğunu azaldır” - EKOLOQ DANIŞDI
“İqlim dəyişikliyi çayların sululuğunu azaldır və su mənbələrinin zəifləməsinə səbəb olur. Bu isə kənd təsərrüfatına çox ciddi təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov deyib. Onun sözlərinə görə, iqlim dəyişikliyi həm də təhlükəli hadisələrin tezliyini artırır.
Güman etmirəm ki, son zamanlarda yağışların artması ilə çaylarda suyun səviyyəsinin çoxalması anbarların suyunun artmasında müsbət rol oynasın. Çünki son zamanlar Göyçay çayına gələn sular əsasən, palçıqlı, daşlı sellərdir. Əksinə, onlar su anbarlarının daha tez dolmasında və tutumunun azalmasında mənfi rol oynayır. Buna görə də daha smart, yaxşı strategiyalar düşünməli, onlar üzərində çalışmalıyıq. İqlim dəyişikliyi ilə elə mübarizə aparmalıyıq ki, çaylarımızda hər zaman suyun səviyyəsi normada olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB