Polisə dezinformasiya verənləri hansı cəza gözləyir? - VƏKİL AÇIQLADI

Polisə dezinformasiya verənləri hansı cəza gözləyir? - VƏKİL AÇIQLADI

Ötən gün sosial şəbəkələrdə “Metropark” ticarət mərkəzindən insanların həyəcanla çıxmasını əks etdirən kadrlar yayılıb. Belə ki, ticarət mərkəzində partlayıcı qoyulması ilə bağlı həyəcan siqnalı verilib. Daxil olmuş məlumat əsasında polis təhlükəsizlik məqsədilə vətəndaşlar binadan təxliyə edib. Araşdırma zamanı ticarət mərkəzində partlayıcı olması təsdiqini tapmayıb və bu barədə məlumat verən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Ümumiyyətlə? polisə belə dezinformasiyalar verən şəxslər necə cəzalandırılmalıdır? Onlarla bağlı hansı tədbir görülməlidir? Mövzu ilə bağlı SİA vəkil Turan Abdullazadənin fikirlərini öyrənib.

Vəkil bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə — iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - yüz manat məbləğində cərimə edilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə