“Robotlaşma haqqında cəmiyyətə düzgün məlumat verilmir“ - SOSİOLOQ DANIŞDI

“Robotlaşma haqqında cəmiyyətə düzgün məlumat verilmir“ - SOSİOLOQ DANIŞDI

“Robotlaşma haqqında cəmiyyətə düzgün məlumat verilmir, cəmiyyət bununla bağlı aydın fikirlərə sahib deyil”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, bəzi insanlar robotlaşmanın inkişafı ilə hər kəsin işsiz qalacağını düşünür: “Bu tamamilə yanlış düşüncədir. Keçmişdə traktor ilk dəfə çıxdıqda insanlar işsiz qalacaqlarından narahat olublar. Lakin sonradan əksinə işlərinin yüngülləşdiyini görüblər. Eynilə də robotlaşma da belədir. İnsanlar rahatlığı, həyat səviyyəsinin yüksəldilməsi üçün çalışmalıdırlar.

Əslində, insanların o qədər işləri olur ki, onlar robotların görə biləcəkləri işdən azad olmalıdırlar. Yalnız bu formada özləri üçün çalışa, öyrənə, kəşf edə bilərlər. Bu zaman Yer üzü daha da gözəlləşər. İnsanlar avtomatlaşdırmanın, robotların yüksək səviyyədə edə bilməyəcəyi işlərlə məşğul olmalıdırlar.

İnsan qeyri-müəyyənlikdən qorxan canlıdır. Buna görə də insanların robotlarla bağlı fikirlərinə aydınlıq gətirmək lazımdır. Bu zaman insanlar artıq robotlaşmanın inkişaf etməsindən qorxuya düşməyəcəklər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə