“İnsanın əqidəsi möhkəm olmalıdır” - DİN XADİMİ DANIŞDI

“İnsanın əqidəsi möhkəm olmalıdır” - DİN XADİMİ DANIŞDI

“İfrata varanlar, əcayib inancları olan insanlar bəzi məsələləri qabardırlar. Bu cür məsələlərdən biri də cadudur. Hansı ki, bu cür məsələlər dindən tamamilə uzaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, Peyğəmbərin zamanında ona qarşı belə bu cür addım atılıb, lakin Qurani-Kərim, Quran mühəssirləri bu məsələləri inkar edir, təsdiqləmir.

İnsanın Allaha inancı, əqidəsi möhkəm olmalıdır. Buna görə də Allaha sığınan insan, niyyəti saf olan birinin qəlbinə qeyri-adi şübhələr dolmamalıdır. Qəlbində şübhəsi olanların bu cür məsələlərə inamı var. İnsan gərək özünü şəkk və şübhəyə salmasın.

Həyatda hər kəsin çətinliyi ola bilər. Lakin bu zamanlarında insan ona cadu, əməl olunduğunu düşünməməli, Allahdan kömək istəməlidir. Əks-təqdirdə beyinə düşən bu düşüncələr insanı daha da məhv edər. Bu baxımdan da, dinimiz bu cür məsələləri təsdiqləmir və elmdə də qəbul olunmur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə