Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 avqust 2023-cü il tarixdə Şəki şəhərində, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Şəki və Qax rayonları sakinlərinin qəbulu keçiriləcək.
SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qəbula gələn vətəndaşların qeydiyyatı 30 avqust 2023-cü il tarixdə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə