"Yerli QHT-lər uğurlu layihələr yazmaq əzmindədirlər"

"Yerli QHT-lər uğurlu layihələr yazmaq əzmindədirlər"

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə üç gün ərzində keçirilən “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” tədbiri uğurla yekunlaşdı. Xüsusilə layihələrin idarə edilməsi mövzusunda peşəkar təlimçilər tərəfindən keçirilən təlimlər maraqla qarşılanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri müsahibəsində “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal deyib.

O bildirib ki, bu tədbir çərçivəsində keçirilən təlimlər qeyri-hökumət təşkilatlarının daha dolğun və peşəkar layihələr hazırlaması üçün yardımçı olacaq.

“Təlimlər zamanı diqqət çəkən əsas məqamlardan biri də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq layihələr hazırlamaqda maraqlı olması idi. Artıq bizim QHT-lər uğurlu layihələr yazmaq əzmindədirlər,” – deyə QHT sədri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə