Neftçala rayonunda bu ilin məhsulu üçün ötən ilin payızında 29260,8 hektar sahədə taxıl əkilib becərilib. Rayon üzrə taxıl biçini kampaniyası uğurla yekunlaşıb və sahələrdən 62208,9 ton məhsul yığılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Neftçala Rayon Statistika İdarəsindən verilən məlumata görə, yığılan taxıl məhsulun 19197,0 tonunu buğda, 43011,9 tonu arpa təşkil edib. Ümumi məhsuldarlıq hektar payına 21,3 sentner olub. Buğda sahələrində hər hektara 29,6 sentner, arpa sahələrində isə hektar payına 18,9 sentner məhsuldarlıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB