Yod azlığı orqanizmdə hansı fəsadlara səbəb olur ? - MÜTƏXƏSSİS AÇIQLADI

Yod azlığı orqanizmdə hansı fəsadlara səbəb olur ? - MÜTƏXƏSSİS AÇIQLADI

“İnsan orqanizminin normal şəkildə işləməsi, funksiya göstərməsi üçün yod çox vacibdir. Xüsusən də insan beyni, qalxanabənzər vəzi və bir çox orqanın inkişafı üçün yod çox böyük əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, yod çatışmazlığından endemik ur dediyimiz xəstəlik orataya çıxır ki, bunun nəticəsində qalxanabənzər vəz kəskin böyüyür və funksiyası pozulur, hipotroid yaranır: “Bu da bir çox simptom şikayətlərdə özünü göstərir.
Təəssüf ki, bəzən insanlar həkim yoxlanışı və ya hansısa səbəb olmadan yod istifadə edirlər. Bu da çox ciddi fəsadlara yol aça bilər. Belə ki, yodun azlığı orqanizm üçün necə zərərlidirsə, çoxluğu da ziyandır. Bir insan ehtiyac olmadan yod istifadə edərsə, qalxanabənzər vəz daha çox yod qəbul edərək və daha çox işləyərək xalq arasında “zəhərli zob” deyilən hipertiroidə gətirib çıxara bilər. Ona görə də həkim məsləhəti olmadan yod istifadəsi qəbuledilməzdir.
Bəzi qidalar var ki, onların tərkibində yodun miqdarı çox olduğu üçün onların istifadəsini məsləhət görülür. Yodlaşdırılmış duz, balıq, dəniz məhsulları, çiyələk, kartof, qatıq, giləmeyvələrin tərkibində kifayət qədər yod var. Ona görə də yod çatışmazlığı olan insanların bu qidalardan istifadə etməsi tövsiyə olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə