“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib

“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Türkiyənin “TV8” telekanalı “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.

SİA xəbər verir ki, Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.

Qeyd edək ki, “MasterChef Türkiye”nin Azərbaycan buraxılışı 24 avqust Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə