Traktor qaz xəttini zədələyib, qaz təchizatında fasilə yaranıb

Traktor qaz xəttini zədələyib, qaz təchizatında fasilə yaranıb

"Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı 24.08.2023-cü il tarixdə saat 10:10-dan dayandırılıb.

"Azəriqaz" İB-dən SİA-ya verilən məlumata görə, Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Hazırda təmir-bərpa işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə