“Azyaşlı uşaqların yalan danışmalarına səbəb qorxu olur“ - PSİXOLOQ DANIŞDI

“Azyaşlı uşaqların yalan danışmalarına səbəb qorxu olur“ - PSİXOLOQ DANIŞDI

“Adətən, azyaşlı uşaqların yalan danışmalarına səbəb qorxu olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, uşaqlar bəzən istədiklərini həyata keçirə bilmək üçün də yalan danışırlar: “Uşaqları çox danlamaq da onları yalana meyilləndirən amillərdəndir.

Ailədə yalan görməyən uşaqlar yalandan danışmaqdan qaçırlar. Lakin bunun əksi də müşahidə edilir ki, dürüst ailənin uşağı yalan danışmağa olduqca meyilli olur.

Azyaşlıları yalan danışmaqdan çəkindirmək üçün ən böyük iş valideynlərin üzərinə düşür. Valideynlər, ilk növbədə, özləri dürüst olmalıdır. Eyni zamanda, uşaqlar ilə düzgün münasibət qurulmalı, uşaqlar valideynlərindən çəkinərək yalan danışmamalıdırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə