Ödənişli polietilen torbalar nəyi dəyişdirdi? - EKOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Bildiyimiz kimi, Nazirlər Kabinetinin qəbul etdiyi qərardan sonra market və ticarət mərkəzlərində vətəndaşlara təqdim edilən polietilen torbalar ayrıca məhsul kimi ödənişli satılır. Bu qərar elə ilk gündən məlum idi ki, necə nəticələnəcək. Bu, yalnız marketlərə və market sahiblərinə bir bəhanə verdi ki, salafan paketləri ödənişli şəkildə satsınlar. Bundan başqa heç nəyə təsiri olmadı". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələsinə heç bir nəticə vermədi: "Çünki əgər marketlərdə polietilen paketin alternativi yoxdursa və alıcı da hər hansı bir əmtəə üçün bu marketə daxil olubsa, aldıqlarını qucağında deyil, hər hansı bir torbada aparacaq ki, bu da polietilen torbalardır. Salafan paketlərin məişət tullantısı kimi ətrafa səpələnməsinin qarşısının alınması üçün heç bir tədbir görülmədi.
Kağız, yaxud hər hansı təbii şəkildə tez utilizasiya edilən materialdan hazırlanmış torbalar istifadəyə verilmədi. Alternativ təqdim edilmədi. Bu halda yalnız salafan torbalar qaldı. Dəyişən yeganə şey odur ki, əvvəl bu torbaları alıcılar pulsuz, indi isə ödənişli əldə edirlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB