Ağaclar elanlardan təmizlənib - FOTOLAR

Ağaclar elanlardan təmizlənib - FOTOLAR

Paytaxt Bakı yeni tikilən hündür binaları, salınan meşə kimi yaşıl parkları ilə günü-gündən gözəlləşir. Şəhər sakinləri və turistlərin zövqünü oxşayan bu parklar, yaşıllıqlar isə bir müddət sonra elə öz sakinləri tərəfindən elan lövhəsinə çevrilir. Belə ki, müxtəlif məsələlərlə bağlı olaraq, heç bir strukturdan rəsmi icazə və s. olmadan vətəndaşlar elanlarını ağaclara yapışdırırlar. Hətta nəinki elan, bəzi şəxslər öz obyektlərinə gedən yolun xəritəsini belə ağaclardan asırlar. Bu isə həm insanların göz zövqünü korlayır, həm də ağaclara, yaşıllığa zərər vurur. Bundan başqa Bakının küləklər şəhəri olmasını nəzərə alsaq, bir müddətdən sonra bu elanlar bütün Bakı küçələrini “bəzəyir”.

SİA xəbər verir ki, problemin həll edilməsi istiqamətində artıq iki rayon işlərə başlayıb. Belə ki, həm Nəsimi, həm də Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən keçdiyimiz gün təmizlənmə işləri aparılmış və bütün elanlar ağaclardan çıxarılmışdır. Maşınların, zavod və fabriklərin havanı kifayət qədər çirkləndirdiyi bir dövrdə şəhərdə salınan yaşıllıqların qorunması baxımından atılan addımın əhəmiyyəti olduqca böyükdür.

Digər rayonların da prosesə qoşularaq, yaşıllıqların qorunmasında iştirak etməsini arzu edirik.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə