“Şokoladların məhv edilməsində KİV-in iştirakı ilə bir dəfə belə aksiya keçirilməyib“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Şokoladların məhv edilməsində KİV-in iştirakı ilə bir dəfə belə aksiya keçirilməyib“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Hər gün on tonlarla ərzağın yararlılıq müddəti ötür. Lakin onların son taleyinin necə olması sual altındadır. Azad İstehlakçılar Birliyinin sədri olaraq 26 ildir fəaliyyət göstərirəm və cəmi bir dəfə şokoladların kütləvi məhv edilməsində iştirak etmişəm”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bundan sonra şokolad biznesi ilə məşğul olanların şokoladların məhv edilməsində KİV-in iştirakı ilə bir dəfə belə aksiya keçirilməyib: “Azad İstehlakçılar Birliyinin tədqiqatı göstərir ki, Azərbaycanda bir çox məhsulların, o cümlədən şokoladların son ünvanı biz istehlakçılar oluruq. Ən müxtəlif üsullar ilə şokoladların yararlılıq müddəti və s. dəyişdirilir və bunları ifşa etmək o qədər də asan deyil. İllər öncə vaxtaşırı olaraq dövlət orqanları bu halları ifşa edərdi. AQTA yarandıqdan sonra isə bu cür ifşaları çox az görürük.

Səhərlər böyük marketlərdən belə pis qoxu gəlir. Buna səbəb isə gecələr soyuducuların söndürülməsi olur. Nəzərə alsaq ki, hər bir məhsulun özünün saxlanma dərəcəsi var, hansı ki, buna da heç bir halda riayət edilmir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə