Fəvvarələr Meydanında qanunsuz tikilən ictimai-iaşə obyekti sökülür

Fəvvarələr Meydanında qanunsuz tikilən ictimai-iaşə obyekti sökülür

“Səhər saatlarında sosial şəbəkədə paytaxtın Səbail rayonunun Fəvvarələr Meydanında ictimai-iaşə obyektinin inşası ilə bağlı məlumat yayıldıqdan dərhal sonra həmin tikinti BŞİH tərəfindən dayandırılıb”.

Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirib.

Qeyd edilib ki, ərazi nəzarətə götürülüb və hazırda onun söküntüsü aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə