Azərbaycan Yazıçılar Birliyinin Şimal qərb regional bölməsi açılıb - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin Şimal qərb regional bölməsi açılıb - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin Şimal qərb regional bölməsi açılıb. SİA xəbər verir ki, bununla bağlı Zaqatala rayon Heydər Əliyev mərkəzində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, əməkdar mədəniyyət işçisi, kino-dramaturq İlqar Fəhmi, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq mühafizə orqanları rəhbərləri, bir çox nazirliklərin regional idarələrinin rəhbərləri, şair, yazıçılar və bölgənin ziyalıları iştirak ediblər. Tədbir Şəhidlərimizin və Ulu öndərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra tədbirdə Yazıçı jurnalist Əlmaniz Ələkbərliyə söz verilib, Əlmaniz müəllim yeni yaradılan regional bölmənin açılmasının bölgədə ədəbi mühitin daha da inkişaf etməsinə xidmət edəcəyini bildirərək, sədr kimi bu sahənin daha da inkişaf etdirilməsi üçün aktiv işləyəcəyinə söz verib.

Sonra söz AYB katibi İlqar Fəhmiyə verilib. İlqar müəllim yeni yaradılan regional bölmənin ədəbi mühitin inkişafına xidmət edəcəyinə və Əlmaniz Ələkbərlinin bu sahədə təcrübəli yazar kimi daha da yaxşı işləyəcəyinə əmin olduğunu bildirib.

Sonra İlqar Fəhmi AYB nin katibliyinin qərarını oxudu və Sədr kimi Əlmaniz Ələkbərliyə vəsiqəsini təqdim etdi.

Söz Zaqatala Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərovaya verildi. Aybəniz xanım Əlmaniz Ələkbərlini hələ Azad Azərbaycan qəzetində işləyən vaxtlardan tanıdığını deyərək, uzun illərdir mədəniyyət sahəsində keçirilən tədbirlərin operativ işıqlandırılmasında böyük xidmətləri olduğunu bildirib. Daha sonra Aybəniz xanım deyib ki, Əlmaniz m həmişə obyektiv və qərəzsiz yazıları ilə seçilən bir jurnalist olub.

Daha sonra Zaqatala RİH başçısı Mübariz Əhmədzadəyə söz verildi. Mübariz müəllim Əlmaniz Ələkbərlinin 1998-ci ildən bu bölgədə jurnalist kimi fəaliyyətindən danışdı. Onun Zaqatalanın ictimai -siyasi və mədəni həyatında aktiv iştirak etdiyini xüsusi vurğuladı.
Sonra Zaqatala RİH başçısı Mübariz Əhmədzadə Əlmaniz Ələkbərlini Fəxri Fərmanla təltif etdi.

Həmçinin, Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü Əlmaniz Ələkbərlinin AYB-nin Şimal-Qərb regional bölməsinin sədri seçilməsi münasibəti ilə təbrik etmişdir.

Təbrikdə deyilir:

Hörmətli Əlmaniz müəllim, sizi AYB-nin Şimal-Qərb regional bölməsinə sədr təyin olunmanız münasibəti ilə ürəkdən təbrik edir, sizə yaradıcılığınızda uğurlar arzulayıram. Ümid edirəm ki, Ukraynada işlədiyiniz kimi Azərbaycanda da, Şimal-Qərb bölgəsində də ədəbi mühitin yaxşılaşdırılması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Hörmətlə Elmar Məmmədov
Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə