Qəbələ rayonu Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub
Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə agentliyin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub. Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB