“Təşviş pozuntusu özünü nəfəsalmada, hərəkətlərin sürətliliyində göstərir” - PSİXOLOQ DANIŞDI
“Son zamanlar təşviş, həyəcan pozuntusu ilə bağlı bir çox məlumatlar yayılır. Artıq insanlar özləri də bunu araşdırırlar. Təşviş pozuntusu “panik atak” kimi tanınır. Bu adətən gələcəklə bağlı narahatlıq, keçmişə bağlı olmaq ilə özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, heç bir psixi problemi olmayan şəxslər də təşviş pozuntusu yaşaya bilər:
“Təşviş pozuntusu adətən özünü nəfəsalmada, hərəkətlərin sürətliliyində göstərir. Lakin bir çox hallarda insanlar bunların səbəbini anlaya bilmir, başqa məsələlərlə əlaqələndirirlər. Buna görə də istənilən çətin vəziyyətlərdə peşəkar kömək almaq mühümdür”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB