“Biz birlikdə güclüyük” adlı yay düşərgəsi keçiriləcək

“Biz birlikdə güclüyük” adlı yay düşərgəsi keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqustun 22-31-də “Biz birlikdə güclüyük” adlı Azərbaycanın əksər rayonlarını təmsil edən qızların (100 nəfər) iştirakı ilə yay düşərgəsi keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, Dövlət Komitəsindən bildirilib ki, yay düşərgəsində rayon ərazisində keçirilən tədbirlər zamanı öz fəallığı ilə seçilən uşaqlar, şəhid və qazi övladları iştirak edəcəklər.

Tədbir qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyır.

Qeyd edək ki, 10 gün davam edəcək düşərgədə müxtəlif mövzularda təlim, ekskursiya və əyləncəli oyunlar keçiriləcək. Bununla yanaşı, düşərgə iştirakçılarının Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə